İdman

“Frayburq”un futbolçusu ağır zədələndi: “Qarabağ”a qarşı oynamaya bilər – FOTO

Sharing is caring!

“Frayburq”un futbolçusu Roland Şallai Almaniya Bundesliqasında V turun “Bayer”ə qarşı səfər oyununda ağır zədə alıb.

“Report”un məlumatına görə, 9-cu dəqiqədə meydan sahiblərinin müdafiəçisi Conatan Tah oyun epizodunda butsunun alt hissəsi ilə Şallainin sifətinə zərbə vurub.

Nəticədə macarıstanlı yarımmüdafiəçinin gözü şişib. Beş dəqiqəyədək ilkin tibbi yardım aldıqdan sonra meydanı xərəkdə tərk edən 24 yaşlı futbolçunu U Yon Çen əvəzləyib.

Qarşılaşmadan sonra “Frayburq”un baş məşqçisi Kristian Ştrayx bildirib ki, Şallainin gözü tam örtülüb və göyərib: “Biz çox ümid edirik ki, bu, qançırdan başqa bir şey deyil. Hələ dəqiq heç nə bilmirik. Həkim optimistdir”.

Qeyd edək ki, görüş “Frayburq”un qələbəsi ilə yekunlaşıb – 3:2.

Almaniya təmsilçisi növbəti görüşünü sentyabrın 8-də Avropa Liqasında “Qarabağ”a qarşı keçirəcək. “Europe Park” stadionunda təşkil olunacaq G qrupunun I tur matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir