Mədəniyyət

Fransada Azərbaycanın gənc rəssamlarının sərgisi açılıb – FOTO

Sharing is caring!

Fransanın paytaxtı Parisdə Azərbaycanın gənc rəssamlarının əl işlərindən ibarət rəsm sərgisinin açılışı keçirilib.

“Report”un yerli bürosu bildirir ki, rəssam Nigar Nərimanbəyovanın təşkilatçıllğı ilə “İnternational Art Gallery”də baş tutan sərginin keçirilməsində məqsəd Azərbaycanı, ölkəmizin incəsənətini Fransada yaxından tanıtmaq, istedadlı azyaşlı rəssamların əl işlərini fransalı rəsm həvəskarlarına nümayiş etdirməkdir.

Sərginin açılışında çoxlu sayda fransalı və xarici qonaqlar, jurnalistlər, incəsənət həvəskarları iştirak edib.

Sərgidə Əminə Quliyeva, Mədinə Qarayeva, Mədinə Abbaslı, Tahir Qarayev, Əli Aşımlı, Cavad Aşımlı, Məryəm Qarayeva, Fərəh Hacızadə, Əfruz Rəhimovanın əl işləri yer alıb. Azyazlı rəssamlar əsərlərində Azərbaycan milli geyimləri, Qarabağ mövzularına yer ayırıb, incəsənət vasitəsilə ölkəmizin tarixi və mədəniyyətinin zənginliyini fransalılara nümayiş etdirməyə çalışıblar.

Sərgi sentyabrın 12-dək davam edəcək.

Xatırladaq ki, Nigar Nərimanbəyova Azərbaycanın Xalq rəssamı Vidadi Nərimanbəyovun qızıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir