Dünya

Qazaxıstanda yanğınlarla bağlı polis nəzarəti gücləndirilib

Sharing is caring!

Qazaxıstan Daxili İşlər Nazirliyi ölkənin şimalında meşə yanğınlarının davam etdiyi Kostanay vilayətində talanların qarşısını almaq üçün polis dəstələrinin sayını artırıb.

Bu barədə bazar günü idarənin mətbuat xidməti məlumat yayıb.

“Yaşayış məntəqələrində talan faktlarının qarşısının alınması üçün polis bölmələri gücləndirilib. Yanacaqdoldurma məntəqələrində təhlükəsizliyin təmin edilməsi istiqamətində də tədbirlər həyata keçirilib”, – məlumatda deyilir.

Respublika Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, tüğyan edən təbii fəlakət nəticəsində bir nəfər həlak olub, 10 nəfər xəsarət alıb, yanğın sahəsi 43 min hektardan artıqdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir