İdman

“Qara pantera”nın oğlu “Valensiya”ya transfer oldu

Sharing is caring!

İspaniyanın “Valensiya” futbol klubu “Roma”nın hücumçusu Castin Klüyvert ilə müqavilə imzaladığını açıqlayıb.

23 yaşlı niderlandlı futbolçu bir mövsüm “Valensiya”nın uğurları üçün çalışacaq. Lakin müqavilədə futbolçunun mövsümün sonunda “Valensiya” tərəfindən alınmasına dair bənd də yer alıb.

C. Klüyvert ötən mövsüm icarə əsasında Fransanın “Nitsa” klubunda çıxış edib. Fransa klubunun heyətində 31 oyuna çıxan hücumçu altı qol, yeddi məhsuldar ötürmə edib.

Məlumat üçün qeyd edək ki, Castin “Ayaks”, “Barselona” və Niderland millisinin sabiq məşhur hücumçusu Patrik Klüyvertin oğludur. Sürəti, çevikliyi və yüksək qol duyumuna görə futbolsevərlər ata Klüyvertə “Qara pantera” ləqəbini veriblər.

Mənbə: Valenciacf.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir