İdman

Poqbanın qardaşı futbolçudan hədə-qorxu ilə pul tələb edir

Sharing is caring!

İtaliyanın “Yuventus” klubunun və Fransa millisinin yarımmüdafiəçisi Pol Poqbanın qardaşı Matias Poqba hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunub.

Məlumata görə, müvafiq iddia ilə Pol özü hüquq-mühafizə orqanlarına müraciət edib.

Buna cavab olaraq Matias Poqba qardaşı, onun agenti və PSJ-nin hücumçusu Kilian Mbappe haqqında “sensasion faktlar” dərc edəcəyi ilə təhdid edib.

“Yuventus”dan yayılan məlumata görə, Matias Poqba Poldan pul qoparmağa çalışan mütəşəkkil qruplaşmanın üzvüdür. Klub artıq lazımi sənədləri İtaliya və Fransanın hüquq-mühafizə orqanlarına göndərib.

“Artıq araşdırma aparılır. Ona görə də hər hansı təfərrüat barədə danışmaq hüququmuz yoxdur”, – “Yuve”nin bəyanatında bildirilib.

Qeyd edək ki, “Yuventus”la Pol Poqba dörd dəfə İtaliya çempionu, iki dəfə İtaliya kubokunun, üç dəfə İtaliya Superkubokunun sahibi olub. 2018-ci ildə Poqba Fransa millisi ilə dünya çempionatıda qalib gəlib. Həmçinin milli ilə birlikdə 2016-cı ildə Avropa çempionatının gümüş mükafatçısı olub.

Mənbə: rbc.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir