İdman

“Napoli” Osimhenin qarşılığında “Mançester Yunayted”dən 100 milyon avro və Ronaldunu tələb edir – FOTO

Sharing is caring!

Kriştianu Ronaldunun agenti Xorxe Mendeş müştərisini “Napoli”yə transfer etməyə çalışır.

Bu barədə jurnalist Canluka Di Marzio xəbər verib.

Onun sözlərinə görə, bu müqavilənin bir hissəsi olaraq, nigeriyalı hücumçu Viktor Osimhen əks istiqamətdə hərəkət edə bilər.

“Napoli”də isə açıq şəkildə bildirilib ki, Osimheni ingilis klubuna yalnız “qırmızı şeytanlar”ın 100 milyon avro ödəyəcəyi və Ronaldunu icarəyə verəcəyi təqdirdə buraxacaqlar. Eyni zamanda mankunianlılar 37 yaşlı portuqaliyalının maaşının böyük hissəsini ödəməlidirlər.

“Napoli”nin hücumçusu Viktor Osimhenin agenti Roberto Kalenda müştərisinin hücumçu Kriştianu Ronaldunun qarşılığında “Mançester Yunayted”ə transfer oluna biləcəyi məsələsinə şərh verib.

Onun sözlərinə görə, heç bir danışıq, mübadilə yoxdur.

“Viktor Osimhen “Napoli”nin oyunçusudur, məşqçi və komanda yoldaşları ilə birlikdə Çempionlar Liqasında özünü sübut etmək istəyir”, – deyə Kalenda özünün “Twitter” hesabında yazıb.

“Mançester Yunayted”in Ronaldu ilə müqaviləsi 2023-cü ilin iyun ayına qədər qüvvədədir. Klub ötən mövsüm Premyer Liqanı altıncı pillədə başa vurub və 2022/23 Çempionlar Liqasına vəsiqə qazana bilməyəcək.

Mənbə: Gazeta.ru, RT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir