İdman

“Qarabağ”ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb – VİDEO

Sharing is caring!

Futbol üzrə Almaniya Bundesliqasında IV tura start verilib.

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Frayburq” komandası “Boxum”u qəbul edib.

“Europa Park” stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0.

Yeganə qolu 48-ci dəqiqədə Vinçentso Qrifo vurub. O, penaltini dəqiq yerinə yetirə bilməsə də, təkrar zərbə ilə qapıdan keçirib.

Çempionatda 3-cü qələbə sayəsində xalını 9-a çatdıran “Frayburq” 2-ci pilləyə yüksəlib. Ardıcıl 4-cü məğlubiyyətini alan “Boxum” isə sonuncu pillədə qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir