Dünya

Əfsanəvi musiqi qrupu 31 ildən sonra konsert verdi: 90-cı illərə səyahət

Sharing is caring!

Əfsanəvi musiqi qrupu İzel-Çelik-Ercan 31 ildən sonra möhtəşəm konsertlə səhnəyə qayıdıb. Qrup Paraf Kuruçeşme Açıq Hava səhnəsində konsert proqramı ilə çıxış edib.

3 gün dalbadal səhnə almağa hazırlaşan İzel-Çelik-Ercan mətbuat mənsubları ilə bir araya gəlib. 31 ildən sonra birlikdə səhnədə olmağın həyəcanını yaşayan qrup üzvləri hisslərini media mənsubları ilə bölüşüb.

“Demək istədiklərimizi əvvəlcədən öyrənib hazırlaşdıq, amma indi həyəcandan hər şeyi unutduq”, – deyə Çelik qeyd edib.

“Həqiqətən çox həyəcanlıyıq. 30 ildən sonra bu xoş reaksiyalara qarşılıq verə bilmək üçün çabalayırıq. Yaşadığımız duyğuları ifadə edə bilmirik. İllərdir birlikdə səhnədə çıxmamışdıq, bu gecə birinci olacaq”, – deyə Ercan sevincini dilə gətirib.

“Həyatımızda ilk dəfə səhnəyə çıxacaqmış kimi həyəcanlıyıq. Mən sizi çox sevirəm”, – deyə İzel həyəcanını ifadə edib.

Konsertə unudulmaz “Özledim”, “İşte yine” və “Dönməlisin” mahnıları ilə başlayan İzel-Çelik-Ercanı qonaqlar bir ağızdan müşayiət ediblər. Fenomen qrup öz mahnıları ilə yanaşı təklikdə çıxardıqları mahnı və bəstələrini də ifa edib. Konserti izləyənlər 90-cı illərə səyahət ediblər.

Mənbə: CNNTürk

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir