İdman

“Kopenhagen” futbolçuları soyunub-geyinmə otağını təmizlədilər

Sharing is caring!

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Trabzonspor”un qonağı Danimarka komandası olub.

“Trabzonspor”la qolsuz heç-heçə edən “Kopenhagen” ilk matçda 2-1 hesablı üstünlük əldə etdiyi üçün Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. Matçın sonunda Kopenhagen futbolçuları nümunəvi davranış nümayiş etdirib. Onlar soyunub-geyinmə otağını təmizlədikdən sonra stadionu tərk ediblər.

Həmin anlar klubun rəsmi “Twitter” hesabında paylaşılıb. Türk idmansevərlər bu davranışı alqışlayıb.

Mənbə: CNNTürk

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir