İdman

Qara Qarayev: “Son 30 dəqiqədə komandada arxayınlıq oldu”

Sharing is caring!

“Bəlkə də, son 30 dəqiqədə komandada arxayınlıq oldu və qələbə qazanacağımızı düşündük. Bunu düşünməyə də əsas var idi. Çünki rəqibin oyuna hansısa təhlükəli müdaxiləsi yox idi”.

“Report”un məlumatına görə, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin Çexiyadakı cavab matçında “Viktoriya”ya 1:2 hesabı ilə uduzan “Qarabağ”ın futbolçusu Qara Qarayev Bakıda jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi futbolda belə məğlubiyyətlərin yaşandığını bildirib:

“Bəzən gözləmədiyin anda, gözləmədiyin dəqiqədə qapında qol görür və ya qol vurursan. Oyunun marağı da elə bundadır. Dünyada, Azərbaycanda və bütün arenalarda futbolun sevilməsinin ən böyük səbəblərindən biri də budur”.

Qarayev Çexiyada məğlub olsalar da, hədəflərindən uzaqlaşmadıqlarını söyləyib:

“Qarabağ” və ölkəmiz adına ən yaxşısını etməyə çalışacağıq”.

Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir