Cəmiyyət

“Təmir işləri beş gün davam edəcək” – DYP-dən sürücülərə MÜRACİƏT

Sharing is caring!


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Yasamal rayonu ərazisində yoldakı təmirlə əlaqədar hərəkətin istiqaməti ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə Oxu.Az-a idarənin əməkdaşı Araz Əsgərli məlumat verib.

O bildirib ki, “Qurd qapısı”ndan Badamdara gedən istiqamətdə yolun 50 metrlik hissəsində təmir işləri ilə əlaqədar olaraq hərəkətin istiqaməti dəyişdirilir:

“Bu, əsasən həmin yoldan istifadə edən və Badamdarda yaşayan sakinlər üçün əhəmiyyətlidir. Belə ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yanındakı dairədən geriyə hərəkət edib sağa Badamdara daxil ola biləcəklər”.

“Təmir işlərinin beş gün davam etməsi nəzərdə tutulub. Xahiş edirik ki, sürücülər hərəkətin müvəqqəti dəyişdirilməsini nəzərə alsın”, – deyə A.Əsgərli vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir