İdman

Azərbaycan idmanı tarixində ilk yaşanıb

Sharing is caring!

Parabadmintonçu İbrahim Əliyev Ümumdünya Badminton Federasiyasının (BWF) bayrağı altında keçirilən beynəlxalq turnirdə Azərbaycanı təmsil edəcək.

Azərbaycan Badminton Federasiyasından verilən məlumata görə, bu, Azərbaycan badmintonu tarixində bir ilkdir.

İbrahim Əliyev İndoneziyanın Cokyakarta şəhərində 23-28 avqust tarixlərində keçirilən və 15 ölkədən idmançıların qatıldığı “FOX’s Indonesia Para Badminton International 2022” beynəlxalq turnirində iştirak edəcək.

Qeyd edək ki, parabadminton üzrə milli komandanın məşqçisi Teymur Abbasovdur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir