Cəmiyyət

Bakıda qonşu adı ilə mənzilə daxil olan üç nəfər ev sahibini döydü

Sharing is caring!

Bakıda quldurluq edən şəxslər saxlanılıblar. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 20-də Sabunçu RPİ 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbə sakini Ə.Kərimovun evinin qapısını biri qadın olmaqla naməlum üç nəfərin qonşu adı ilə açdırmaları, mənzilə daxil olarkən həmin şəxslərdən birinin əlindəki bıçaqla Ə.Kərimovu hədələyərək üz nahiyəsinə yumruq vurması, digərlərinin isə evi axtardıqdan sonra oradan qaçmaları barədə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş E.Əhmədov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Babayev, E.Əliyeva və J.Mahmudova saxlanılıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir