İdman

Buskets “Barselona”nı tərk edir

Sharing is caring!

İspaniya millisinin yarımmüdafiəçisi Serxio Buskets cari mövsümün sonunda “Barselona”nı tərk edəcək.

Futbolçu maaşın azaldılması ilə bağlı danışıqlar zamanı güzəştə getməkdən imtina edib. O, Kataloniya komandasını tərk etmək niyyətindədir.

İnsayderlərin sözlərinə görə, cari mövsüm başa çatdıqdan sonra 34 yaşlı yarımmüdafiəçi İspaniya millisindəki çıxışını başa vurmaq niyyətindədir. 

“Barselona”nın yetirməsi olan Serxio Buskets 676 matçda 18 qol vurub və 40 məhsuldar ötürmə edib. İspaniya millisinin tərkibində Buskets 133 oyun keçirib, iki dəfə Avropa çempionu (2008 və 2012-ci illər) və bir dəfə dünya çempionu (2010-cu il) olub.

Mənbə: Championat

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir