İdman

Artem Dzyuba Superliqa klubunda – FOTO

Sharing is caring!

Rusiyalı hücumçu Artem Dzyuba Türkiyənin “Adana Dəmirspor” futbol klubu ilə müqavilə imzalayıb.

Bu barədə cümə axşamı klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu ilə imzalanan müqavilənin şərtinə görə, tərəflər onu daha bir il müddətinə uzada biləcəklər.

Qeyd edək ki, Dzyubanın 33 yaşı var. May ayında o, 2015-ci ildən çıxış etdiyi Sankt-Peterburqun “Zenit” klubundan ayrıldığını elan edib.

Komandanın tərkibində 249 oyun keçirən hücumçu 108 qol vurub və 70 məhsuldar ötürmə verib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir