İdman

“Viktoriya”nın məşqçisi: “Qarabağ” bizim üçün xoşagəlməz rəqibdir”

Sharing is caring!

“Qarabağ” bizim üçün xoşagəlməz rəqibdir”.

“Report”un məlumatına görə, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Çexiyanın “Viktoriya” klubunun məşqçisi Pavel Horvat deyib.

47 yaşlı məşqçi Bakı səfəri öncəsi “Qarabağ”ı xeyli tərifləyib: 

“Onlar topu özlərində çox saxlayırlar. Topu itirdikdən sonra çoxlu pressinq edirlər. Xüsusən ev matçlarında çox cəsarətlidirlər və müdafiəçilərə qarşı uğurlu təzyiq göstərirlər. Beləcə çox topu qazanır və sonra rəqibləri cəzalandırırlar. Onlar topu alanda çox təhlükəli və məhsuldar olurlar. Bizim üçün buraxmamalı olduğumuz və əksinə onları necə keçməli olduğumuz nida işarələri var”.

Qeyd edək ki, sabah keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək. Matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir