Cəmiyyət

Qastroenteroloq: “Yay mövsümündə bəzi qidalardan uzaq durmaq lazımdır”

Sharing is caring!


“Yay mövsümündə bəzi qidalardan uzaq durmaq lazımdır”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, qastroenteroloq Emin Məmmədov yay aylarında düzgün qidalanma ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, yayda insan orqanizmi ciddi maye itkisinə məruz qaldığından bol maye qəbulu önəmlidir: “Bu mövsümdə meyvə və tərəvəzlərin qəbuluna xüsusi diqqət yetirilməlidir. Xama, mayonez, süd, balıq və farşdan hazırlanan qidalardan uzaq durmaq lazımdır. Yay aylarında qidalanma rejimini dəyişərkən yorğunluq və halsızlıq ola bilər”.

Qastroenteroloq bildirib ki, meyvə-tərəvəz mövsümə uyğun qəbul edilməlidir: “İnsanlar isə həmin tərəvəzləri və meyvələri yemədən qışa tədarük görürlər. Meyvəni təzə yemək önəmlidir. Konservləşdirilmiş məhsulların qida dəyəri çox aşağıdır. Öd daşı xəstəliyinin yaranmasının səbəbləri arasında əhalinin daha çox konservləşdirilmiş qidalardan istifadə etməsi yüksək ehtimaldır”.

Mütəxəssis əlavə edib ki, yay mövsümündə bol D vitamini qəbulu tövsiyə olunur:

“Bu mövsümdə tərkibində C vitamini olan meyvə və tərəvəzləri qəbul etmək məsləhətlidir. Yay fəslində hazırlanan qida həmin gün istifadə olunmalıdır. Yəni, bu gün bişən yemək sabah istifadə olunmamalıdır. Yaxşı bişməmiş ət və ət məhsulları istifadə edərkən diqqətli olmaq lazımdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir