İdman

Mbappe PSJ rəhbərliyindən Neymarı yollamalarını istəyib – FOTO

Sharing is caring!

Hücumçu Kilian Mbappe PSJ rəhbərliyinə müraciət edərək Neymarı başqa kluba satmalarını istəyib.

Bu barədə jurnalist Romen Molina məlumat verib.

Fransız futbolçunun düşərgəsi hələ ötən mövsümün sonunda komanda yoldaşının klubu tərk etməsində israr etmişdi.

Mənbənin sözlərinə görə, futbolçular arasında yeni mövsümdə penaltini kimin yerinə yetirəcəyi ilə bağlı (xüsusən də fransalı ikinci turda “Monpelye” ilə matçda penaltini qaçırandan sonra) gərginlik yaranıb.

Qeyd edək ki, Neymar bu görüşdə iki dəfə fərqlənib. Ümumilikdə braziliyalı Fransa çempionatının yeni mövsümündə artıq üç qol vurub. O, komandanın ən yaxşı bombardiridir.

Mbappe son 5 ildə Neymardan çox şey öyrəndiyini, amma artıq Lionel Messidən öyrənməyi üstün tutduğunu deyib.

Mənbə: Get French Football News

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir