İdman

Afrikada Super Liqa yaradılır

Sharing is caring!

Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti Patris Motsepe Afrika futbolunda inqilab edəcək 24 klubdan ibarət Afrika Super Liqasının yaradıldığını elan edib.

Yeni liqa indiki Afrika Çempionlar Liqasından beş dəfə böyük olan 100 milyon dollarlıq mükafat fondu təklif edəcək.

Həmçinin, yarışın ilk mövsümündə hər bir klub turnirə hazırlıq və iştirak üçün maliyyə yardımı olaraq başlanğıcda 2,5 milyon dollar alacaq.

Yarış 2023-cü ildə başlamalı və FİFA tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, təşkilatın prezidenti Canni İnfantino daha əvvəl təşəbbüsü dəstəklədiyini bildirib.

Mənbə: football24.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir