İdman

“Barsa”nın qapıçısı karyerasını Premyer Liqada davam etdirə bilər

Sharing is caring!

“Barselona”nın qapıçısı Norberto Neto tezliklə İngiltərə çempionatında “Bornmut”a qoşula bilər.

İspaniya klubu 32 yaşlı qolkiperlə təmənnasız olaraq yolları ayırmağa hazırdır, lakin Neto özü indi aldığı maaşı itirmək fikrində deyil. “Bornmut” və “Barselona” Netonun 2023-cü ilə qədər olan (hazırkı klubu ilə müqaviləsi bitənə qədər) maaşının bölünməsi üçün danışıqlar aparır.

Neto 2019-cu ildən “Barselona”nın oyunçusudur. Üç il ərzində Norberto Mark Andre ter Ştegenin əvəzləyicisi olub.

Bundan əvvəl “Barselona”nın qapıçısı Netonun klubdan ayrılmaq istədiyi barədə məlumatlar yayılmışdı. Qolkiper rəhbərliyə bildirib ki, daimi olaraq Mark Andre ter Ştegenin əvəzedicisi olmaq niyyətində deyil.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir