İdman

Aftandil Hacıyev: “Kadinin olmaması “Qarabağ”a təsir edə bilər”

Sharing is caring!

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda bu gün “Ferentsvaroş”la qarşılaşacaq.

Son olaraq “Səbail”də baş məşqçilik edən Aftandil Hacıyev Futbolpress.az saytına Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunla bağlı fikirlərini bildirib:

“Qarabağ” üçün çətin olacaq. Ciddi itkilər var. Müdafiədə Kevin Medina, yarımmüdafiədə isə Kadi Borges və Riçard Almeyda matçı buraxacaqlar. Onların olmaması ciddi əskiklikdir. Buna baxmayaraq, “Sürix”lə II mərhələnin cavab oyununda (2:2) sonradan meydana daxil olan Bədavi Hüseynov yaxşı təsir bağışladı. O, Medinanı layiqincə əvəz edə bilər. Riçardın mövqeyi üçün də Qara Qarayev, yeni transfer Julio Romao var. Onların da bu mövqedəki problemi həll edəcəklərini düşünürəm. Bircə Kadinin olmaması “Qarabağ”a təsir edə bilər. Amma son oyunlarda Ramil Şeydayev, Abdullah Zubir yaxşı çıxış edirlər. Onlar yaxşı oyunla Kadini əvəzləyə bilərlər.

İlk oyunun Bakıda olması yaxşıdır. Burada alınacaq yaxşı nəticə səfərə yüksək motivasiya ilə getməyə səbəb ola bilər. “Qarabağ”ın öz oyun üslubu var. “Qarabağ” yaxşı oynayıb, mərhələ adlaya bilər. Konkret hansı komandanın daha üstün olduğunu deyə bilmərəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir