Cəmiyyət

Azərbaycanda oynamış legioner “Turan Tovuz”a 15 manat ianə edib – FOTO

Sharing is caring!

Fəaliyyətini dayandırmış “Karvan” və “Xəzər Lənkəran”ın sabiq oyunçusu Yakuba Bamba Futbolun İnkişaf Fondunun (FİF) “Turan Tovuz”la bağlı başlatdığı “Turan 100K” layihəsi üçün ianə edib.

“Report”un məlumatına görə, Kot-d’İvuardan olan 46 yaşlı keçmiş hücumçu “Turan Tovuz”a avtobus alınması üçün 15 manat ödəyib. Klubun avtobusunun üzərində onun da fotosu yer alacaq.

Bamba bu addımını 2005/2006 mövsümündə Azərbaycanda ilk qolunu “Turan”a vurması ilə əlaqələndirib.

İanə edənlər arasında FİF-in icraçı direktoru Tural Piriyev də var. O, “Bölgə futboluna sahib çıxaq” şüarı ilə 60 manat köçürüb.

Qeyd edək ki, layihə klub üçün 100 min manat ianə toplamaq məqsədi daşıyır. Veb-platformada real futbol meydançası ölçülərinə uyğun 7 140 ədəd pikseldən ibarət virtual meydança yerləşdirilib. 1 (15 manat), 4 (60 manat), 9 (135 manat) və 16 (240 manat) pikseldən toplanan vəsait kluba avtobus alınması üçün sərf olunacaq və bununla bağlı ictimaiyyətə hesabat veriləcək.

Azarkeşlər 30 illik yubileyini qeyd edən Azərbaycanın ilk rəsmi Peşəkar Futbol Klubu olan “Turan Tovuz”a dəstək məqsədilə ianə edərkən aldıqları piksellərə öz şəkillərini yerləşdirə bilərlər. İanəçilərin fotoları klubun avtobusunun üzərində yer alacaq və stadionun seçilmiş ərazisindəki lövhədə öz əksini tapacaq. Hazırda 7 080 piksel qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir