İdman

“Formula 1” pilotu karyerasında ilk dəfə təsnifat mərhələsini qazandı

Sharing is caring!

“Mercedes” komandasının britaniyalı pilotu Corc Rassel “Formula 1”in 13-cü mərhələsinin – Macarıstan Qran Prisinin təsnifat yarışında qələbə qazanıb.

O, karyerasında ilk dəfə əsas yarışa ilk sıradan başlamaq hüququ əldə edib.

Ferrari komandasından ispaniyalı pilotu Karlos Sayns ikinci, onun komanda yoldaşı Şarl Lekler isə üçüncü olub.

“Mercedes”in digər pilotu Lyuis Hemilton yeddinci, “Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen isə texniki çətinliklərə görə onuncu olub.

Macarıstan Qran Prisi bu gün baş tutacaq.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir