Cəmiyyət

Qızlara söz atanı öldürən şəxs yenidən hakim qarşısına çıxarılır

Sharing is caring!

Sumqayıt şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən Teymur İsmayılovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 19-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur İsmayılov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2020-ci ilin sentyabrın 10-da saat 19 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində 1988-ci il təvəllüdlü Elgün İsmayılovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla hadisənin 1989-cu il təvəllüdlü Teymur İsmayılov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Elgün İsmayılovun baş nahiyəsinə çoxsaylı zərbələr vurularaq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Teymur İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən Teymur İsmayılovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Teymur İsmayılov istintaqa ifadəsi zamanı bildirib ki, hadisə taksi fəaliyyəti ilə məşğul olan zaman qeydə alınıb. Belə ki, Elgün İsmayılov maşını ilə hərəkət edərkən ətrafda dayanan xanımlara söz atıb. Bundan sonra Teymur İsmayılov Elgün İsmayılova etdiyi hərəkətin yanlış olduğu deyib.

Tərəflər arasında yaranan mübahisə sonda Elgünün qətlə yetirilməsi ilə nəticələnib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir