İdman

Sebastyan Allerdə xərçəng diaqnozu təsdiqləndi: Kimyəvi terapiyaya başlanılır – FOTO

Sharing is caring!

Dortmund “Borussiya”sının hücumçusu Sebastyan Allerə bədxassəli xaya xərçəngi diaqnozu qoyulub.

Forvardın diaqnozu histoloji müayinə ilə təsdiqlənib.

Hazırda 28 yaşlı gənc kimyəvi terapiyadan keçməlidir. Bununla bağlı hücumçu bir neçə ay oyunlara girməyəcək.

“Sebastyan mümkün olan ən yaxşı müalicəni alacaq. Sağalma şansları çox yaxşıdır. Ona və ailəsinə çoxlu güc və nikbinlik arzulayırıq. Bu çətin anda düşüncələrimiz onunladır”, – deyə “Borussiya”nın idman direktoru Sebastyan Kel deyib.

Aller iyulun əvvəlində Dortmund üçün rekord qiymətə – 31+4 milyon avroya “Ayaks”dan alınıb.

Mənbə: Sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir