İdman

“Neftçi”nin vitse-prezidenti: “Bu gün komandamıza heç zaman güvənmədiyim kimi güvənirəm”

Sharing is caring!

UEFA Konfrans Liqası ikinci təsnifat mərhələsi çərçivəsində bu gün “Bakcell Arena”da “Aris”lə üz-üzə gələcək “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov oyun haqda Sports.az-a açıqlama verib.

Altı ildir “flaqman”da rəhbər vəzifə tutan Eyvazov bu gün komandaya heç vaxt güvənmədiyi kimi güvəndiyini deyib: 

“Bu gün komandaya heç zaman güvənmədiyim kimi güvənirəm. Buna əsaslı səbəblər var. İlk növbədə möhtəşəm azarkeşlərimizin 90 dəqiqə, bəlkə də, 120 dəqiqə dayanmayan fantastik dəstəyi ilə oynayacağıq.

İkincisi, “Neftçi”nin hər bir oyunçusu fərdi keyfiyyətlərinə görə rəqiblərindən üstündür.

Üçüncüsü, bizim Emin Mahmudov kimi komandanı arxasınca aparacaq liderimiz var.

Dördüncüsü, “Neftçi” rəqibdən fərqli olaraq avrokuboklarda yetərincə təcrübəyə malik komandadır.

Beşincisi, “Neftçi”nin adı və ilk oyundan sonra istər media, istərsə azarkeşlər, ümumiyyətlə, xalqımız tərəfindən verilən dəstək, mərhələ keçməyimizə futbol ekspertlərinin kütləvi inamının olması və bir çox başqa faktorlar bu gün qarşısımıza qoyulan məqsədin öhdəsindən gələcəyimizə əminlik yaradır. İnanılmaz motivasiyasımız, istəyimiz var. Bu məqsədin öhdəsindən gələcək ustalıqda və xarakterdə futbolçularımız, komandamız da öz yerində!”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir