İdman

“Qarabağ”ın III təsnifat mərhələsindəki rəqibi bəlli oldu

Sharing is caring!

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.

“Köhlən atlar” bu raundda Macarıstanın “Ferentsvaroş” komandası ilə üz-üzə gələcək.

Evdə Slovakiyanın “Slovan” (Bratislava) komandasına 1:2 hesabı ilə uduzan “Ferentsvaroş”  səfərdə üç top fərqi ilə qalib gəlib – 4:1.

Xatırladaq ki, “Ferentsvaroş” klubunu 2021-ci ildən etibarən məşhur rusiyalı məşqçi Stanislav Çerçesov çalışdırır.

III təsnifat mərhələsinin ilk oyunları 2-3 avqustda, cavab matçları isə 9 avqustda olacaq.

Qeyd edək ki, Bakıda İsveçrə “Sürix”ini 3:2 hesabı ilə məğlub edən “Qarabağ” səfərdə rəqibi ilə 2:2 hesablı heç-heçə edib və mərhələ adlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir