İdman

Cerrarddan cəza tədbirləri: Qadağaların siyahısı və cərimələrin məbləğləri

Sharing is caring!

“Liverpul”un əfsanəvi futbolçusu, hazırda “Aston Villa”nın baş məşqçisi olan Stiven Cerrard klubda ciddi nizam-intizam yaratmaq qərarına gəlib. 

Belə ki, nizam-intizamı pozan futbolçuları pul cəriməsi gözləyir.

20 bənddən ibarət siyahıya aşağıdakı qadağalar və cərimələr daxildir:

– Məşqə gecikmə – 500 funt sterlinq (1 000 manat)

– Məşq üçün nəzərdə tutulan GPS tənzimləyicini evdə unutmaq – 100 funt sterlinq (205 manat)

– Məşq zamanı meydançaya gec çıxan futbolçu – hər gecikən dəqiqəyə görə 200 funt sterlinq (410 manat)

– Komanda ilə görüşə və ya oyun günü görüş yerinə gecikmək – 1 000 funt sterlinq (2 000 manat)

–  Məşqçi ilə görüşə gecikmək – hər dəqiqəsinə görə 200 funt sterlinq (410 manat)

– Oyun günü səliqəsiz görünüş (məşq kostyumu və ya polo geyinmək tələb edilir, şort geyinmək qadağandır) – hər səhv geyimə görə 100 funt sterlinq (205 manat)

– Masadan qalxandan sonra yığışdırılmayan hər qab dəstinə görə – 100 funt sterlinq (205 manat)

– Formanı məşqdən sonra meydançada qoyub getmək – hər dəstə görə  – 100 funt sterlinq (205 manat)

– Maşını səhv park etmək – 100 funt sterlinq (205 manat)

– Sponsorun təşkil etdiyi tədbirə gecikmək – 250 funt sterlinq (512 manat)

– Ad günündə tort gətirməmək – hər gün üçün 50 funt sterlinq (102 manat)

– Çəkələksiz duşa girmək – 100 funt sterlinq (205 manat)

– Klubun həkimlərinə travma və ya xəstəlik barədə məlumat verməmək – 200 funt sterlinq (410 manat)

– Həkimin təyin etdiyi bərpa prosedurlarına gecikmə – 200 funt sterlinq (410 manat)

– Qoxu tozunu istifadən sonra yığışdırmamaq – 200 funt sterlinq (410 manat)

– Zədədən bərpa üçün istifadə edilən dəsti evdə unutmaq – 50 funt sterlinq (102 manat)

– Sarı vərəqədən sonra hakimlə höcətləşmək – 200 funt sterlinq (410 manat)

Bundan əlavə daha iki qadağa ayrıca qeyd olunub:

– Qırmızı vərəqə alaraq meydanda komanda yoldaşlarını azlıqda qoyan futbolçu qarşıdakı bir ay ərzində komandanın nahar pulunu ödəməlidir;

– İkitərəfli matçda uduzan komandanın ən pis oyunçusu (qalib komandanın səsverməsi ilə müəyyən edilir) növbəti həftədə isinmə hərəkətlərini “Məşqdə ən zəif idim” sözləri yazılmış formanı geyinərək icra etməlidir.

Mənbə: Sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir