İdman

Azərbaycanın üç cüdoçusu EYOF-da finala çıxdı

Sharing is caring!

Azərbaycanın üç cüdoçusu Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) finala yüksəlib.

“Report”un məlumatına görə, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Könül Əliyeva yarımfinalda böyük britaniyalı Samə Şavı məğlub edib.

O, qızıl medal uğrunda görüşdə italiyalı İlariya Finestroneni sınağa çəkəcək.

55 kiloqram çəki dərəcəsində yer alan Murad Əliyev yarımfinalda türkiyəli Tuncay Türkmana qalib gələrək finala adlayıb. Onun həlledici qarşılaşmadakı rəqibi gürcüstanlı Daviti Lomitaşvili olacaq.

60 kiloqram çəki dərəcəsində yarışan Nurlan Kərimli isə finala gedən yolda almaniyalı Floriyan Bökkeri mübarizədən kənarlaşdırıb. O, qızıl medal görüşündə niderlandlı Cokhem fan Hartenlə qüvvəsini sınayacaq.

Final qarşılaşmaları Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycanı Avropa Gənclər Olimpiya Festivalında 12 cüdoçu təmsil edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir