İqtisadiyyat

İlham Mirzəliyev: “Ötən il istilik haqlarının ödəniş səviyyəsi 94,7 faiz təşkil edib” – VİDEO/FOTO

Sharing is caring!


“2022-ci il üzrə istilik haqlarının ödəniş səviyyəsi 94,7 faiz təşkil edib. Ötən ilin noyabrın 15-dən aprelin 1-dək əhali istehlakçı qrupu üzrə ödəniş səviyyəsi 65,2 təşkil edib”.

Oxu.Az-ın məlumatına görə, bunu “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev payız-qış mövsümünün yekunlaşması ilə əlaqədar keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, təəssüf ki, bəzi yaşayış binalarında ödəniş səviyyəsi ürəkaçan olmayıb:

“Ödəniş səviyyəsi Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 9 – 27,7%, Yasamal rayonu, Parlament prospekti 4 – 26%, Yasamal rayonu, Parlament prospekti 6 – 19%, Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi 152 – 25,5%, Yasamal rayonu, M.Xiyabani 8A – 15%, Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 6- 24%, Nərimanov rayonu, F.Xoyski küçəsi 110 – 27,3%, Xətai rayonu, M.Hadi küçəsi 23 saylı bina – 27,51%, Xətai rayonu, R.Məmmədov küçəsi 26 saylı bina – 17,1%, Binəqədi rayonu Azadlıq prospekti 32/96 saylı bina – 13,4%, Suraxanı rayonu Hafiz Quliyev küçəsi 22 saylı bina – 14%, Suraxanı rayonu, Zaur Şərifov küçəsi 24 saylı bina – 17,4%, Səbail rayonu, S.İbrahimxəlilov küçəsi 4a saylı bina – 23% olub”. 

O qeyd edib ki, əsas çətinliklərdən biri keçmiş qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə istilik haqlarının ödənişi ilə bağlıdır:

“Görülən işlər nəticəsində son mövsüm keçmiş qaçqın və məcburi köçkünlərin ödəniş dinamikasında müsbət tendensiya qeydə (52,6 %) alınmasına baxmayaraq, əvvəlki illərdə istifadə edilən istilik və isti su xidmətlərinə görə 6 milyon 652 min 400 manat ödənilməmiş borc məbləği mövcuddur”.

Daha çox foto burada: PhotoStock.az

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir