İdman

Nazim Süleymanovun qazandığı kubok itib – Titul ətrafında MÜƏMMA

Sharing is caring!

Rusiyanın “Alanya”(Vladiqafqaz) klubunun 1995-ci ildə qazandığı çempionluq kuboku itib.

Qeyd olunur ki, klub üç ildir titulu tapmağa çalışır.

Əvvəlcə kubokun komandanın sabiq baş məşqçisi Valeri Qazzayevdə olduğu ehtimal edilib.

Lakin jurnalistin sualına cavab verən mütəxəssis kubokun itməsini belə şərh edib:

“O, necə itə bilər? O, klubda olmalıdır. İlk dəfədir ki, onun itdiyini eşidirəm. O, hara itə bilər? Kubok əlbəttə ki, klubda olmalıdır. Bəs MOİK-də necə, heç nə heç itməyib (gülür)? Stadionda kiçik bir muzey var idi və kubok yəqin ki, orada saxlanılırdı. Bəlkə kimsə onu götürüb. Kim bilir? Kubok necə itə bilər axı?” – deyə Valeri Qazzayev vurğulayıb.

Qeyd edək ki, Azərbaycan millisinin sabiq üzvü olan Nazim Süleymanov 1991-1996-cı illərdə “Alanya”da çıxış edib və 1995-ci ildə çempion olan heyətdə yer alıb.

Mənbə: Championat

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir