İdman

Konfrans Liqasında Azərbaycan təmsilçilərinin oyunlarını hansı kanallar yayımlayacaq?

Sharing is caring!

Bu gün UEFA Konfrans Liqasının  II təsnifat mərhələsində Azərbaycanı təmsil edən “Neftçi” “Qəbələ” və “Zirə” ilk oyunlarını keçirəcəklər. 

Oxu.Az xəbər verir ki, oyunların başlama vaxtına nəzər saldıqda, qarşılaşmaların bir kanalda yayımlanmasının mümkünsüzlüyü aşkar görünür.

Bəs matçları hansı kanallar yayımlayacaq?

Bakı vaxtı ilə 20:00-da “Dalğa Arena”da baş tutacaq “Zirə” – “Maccabi” (Təl-Əviv) oyununu İTV kanalı canlı yayımlayacaq.

Macarıstan səfərinə yollanan digər təmsilçimiz “Qəbələ”nin “Fehervar” klubu ilə qarşılaşmasını saat 21:00-dan “CBC International”dan izləmək mümkün olacaq. 

“Neftçi” isə Kiprdə səfərdə “Aris”in qonağı olacaq. Görüş saat 21:30-da oynanılacaq və “CBC Sport” kanalından birbaşa efirə veriləcək.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir