İdman

Yunanıstan klubu azərbaycanlı futbolçuya təzminat ödəyəcək

Sharing is caring!

Yunanıstanın “Pierikos” klubu azərbaycanlı futbolçu Tural Bayramlıya təzminat ödəyəcək.

Belə ki, FIFA həmyerlimizin kluba qarşı qaldırdığı iddianın əsas müddəalarını təmin edib.

Qərara əsasən, klub həm əmək haqqı borcu, həm də müqaviləyə əsassız xitam verilməsi ilə bağlı təzminat üzrə öhdəliklərini yerinə yetirməlidir.

Qeyd edək ki, T.Bayramlı bu ilin yanvarından “Səbail”də çıxış edir.

Mənbə: FİFA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir