Dünya

Finlandiyanın baş naziri qısa şortla görüntüləndi – FOTO

Sharing is caring!

Finlandiyanın baş naziri Sanna Marinin ölkədə keçirilən rok festivalına dəri gödəkçə, cins şort və çəkmə ilə gəlməsi sosial mediada gündəm olub.

Hökumət başçısı Turku şəhərinin cənub-qərbindəki Ruissalo adasında keçirilən “Ruisrock” festivalına qatılıb.

Rok və metal musiqisinə rəğbətilə tanınan 36 yaşlı Marin festivalda çəkdirdiyi fotonu öz səhifəsində paylaşıb. Onun xarici görünşü ölkədə müzakirə mövzusu olub.

Qeyd edək ki, 1970-ci ildə təşkil olunmağa başlayan “Ruisrock” Avropanın ikinci, Finlandiyanın isə ilk rok festivalıdır.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir