İdman

Avstriya Qran-Prisini “Ferrari” qazandı

Sharing is caring!

“Red Bull Ring” trasında 2022-ci il mövsümünün 11-ci Formula 1 yarışı olan Avstriya Qran-Prisi başa çatıb.

Yarışın qalibi “Ferrari” pilotu Şarl Lekler olub. Maks Ferstappen (“Red Bull”) finişə ikinci, Lüis Hemilton (“Mercedes”) isə üçüncü çatıb.

Qeyd edək ki, bu son 19 ildə İtaliya komandasının Avstriyadakı ilk qələbəsi olub.

Hazırda turnir cədvəlində ilk üçlükdə Ferstappen, Lekler və Peres qərarlaşıb. Mühəndislər Kubokunda isə “Red Bull”, “Ferrari” və “Mercedes” öndədir.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir