İdman

El Şaaravi karyerasını Türkiyədə davam etdirə bilər

Sharing is caring!

“Roma”nın hücumçusu Stefan El Şaaravi karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Belə ki, “Qalatasaray” klubunun rəhbərliyi ciddi cəhdlə 29 yaşlı italiyalı futbolçunu sıralarına qatmağa çalışır.

Artıq “Qalatasaray” El Şaaravinin transferi ilə bağlı “Roma”ya rəsmi müraciət də ünvanlayıb.

Qeyd edək ki, El Şaaravi “Roma”dan başqa, “Cenoa”, “Milan”, “Monako” kimi klubların formasını geyinib.

Mənbə: Football Italia

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir