İdman

Avstraliya DÇ-2022-yə vəsiqəni “lotoreya” ilə qazandı – VİDEO

Sharing is caring!

DÇ-2022-yə yollanacaq daha bir yığma komandanın adına aydınlıq gəlib.

Qətərin Əhməd bin Əli stadionundakı matçda Asiya konfederasiyasının təmsilçisi qismində çıxış edən Avstraliya KONMEBOL-un 5-ci komandası olan Peru ilə qarşılaşıb.

Oyunun əsas və əlavə olunmuş vaxtları qolsuz bərabərliklə bitdiyindən qalibi penaltilər müəyyənləşdirib – 0:0.

11 metrlik cərimə zərbələrində daha dəqiq olan Avstraliya (5:4) Dünya çempionatının finalına vəsiqə qazanıb – 5:4.

Qeyd edək ki, Avstraliya çempionatın final turnirində Danimarka, Fransa və Tunislə birlikdə D qrupunda çıxış edəcək.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir