İdman

Millətlər Liqası: Fransa öz meydanında uduzdu – VİDEO

Sharing is caring!

UEFA Millətlər Liqasında bu gün IV turun növbəti matçları keçirilib.

Oxu.Az xəbər verir ki, ikinci oyun günündə millimizin yer aldığı C Liqası ilə yanaşı, A və B Liqalarında da bir neçə görüş baş tutub.

A Liqasının 1-ci qrupunda lider Danimarka Avstriyanı, son pillədəki Fransa isə Xorvatiyanı qəbul edib. Danimarkalılar turnirdəki üçüncü qələbəni qazanaraq, xallarının sayını 12-yə çatdırıb – 2:0. 

Qələbəyə həsrət qalan Fransa bu dəfə də uğursuzluq zolağından çıxa bilməyərək, doğma azarkeşləri önündə məğlub olub – 0:1.   

B Liqasının 2-ci qrupunda isə Rusiyanın diskvalifikasiyası fonunda yeganə matç İslandiya və lider İsrail arasında olub. Tərəflər hərəyə iki vurduqdan sonra sülhlə ayrılmağa qərar veriblər – 2:2.

UEFA Millətlər Liqası

IV tur

A Liqası

1-ci qrup

Danimarka – Avstriya 2:0

Fransa – Xorvatiya 0:1

B Liqası

2-ci qrup

İslandiya – İsrail 2:2

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir