İdman

Bu gün Azərbaycan millisi Avropa çempionları ilə final görüşünə çıxır

Sharing is caring!

Minifutbol üzrə Azərbaycan millisi bu gün Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final oyununa çıxacaq.

Oxu.Az xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu komandamız dünən Bolqarıstana penaltilər seriyası ilə qalib gələn Rumıniya millisi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də start götürəcək və İdman TV-də canlı yayımlanacaq.

Xatırladaq ki, Azərbaycan millisi B qrupundakı ilk oyununda Avropa çempionları olan bu rəqibinə 0:2 hesabı ilə uduzub.

Üçüncü yer uğrunda görüşdə isə Qazaxıstan Bolqarıstanı sınağa çəkəcək. Bu matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir