İdman

Almanlar ingilislərdən AVRO-2020-nin qisasını almaq istəyirlər, Türkiyə Vilnüs səfərində – AFİŞA

Sharing is caring!

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, maraqla gözlənilən oyun dördqat dünya çempionu Almaniyanın son Avropa çempionatının finalçısı İngiltərəyə qarşı keçirəcəyi matç olacaq. Hər iki komanda ilk qələbəsini qazanmağa çalışacaq.

Tərəflər sonuncu dəfə ötən il AVRO-2020-nin 1/8 final mərhələsində qarşılaşıblar. Həmin matçda Rahim Sterlinq və Hari Keynin ikinci hissədə vurduğu qollarla İngiltərə 2:0 hesabı ilə qalib gəlmişdi.

İlk oyununda 4:0 hesabı ilə qalib gələn Türkiyə millisi paytaxt Vilnüsdə Litvanın qonağı olacaq.

UEFA Millətlər Liqası

A Liqası

3-cü qrup

22:45 Almaniya – İngiltərə

22:45 İtaliya – Macarıstan

Xal durumu: Macarıstan – 3, Almaniya – 1, İtaliya – 1, Macarıstan – 0

B Liqası

3-cü qrup

20:00 Finlandiya – Monteneqro

22:45 Bosniya və Herseqovina – Rumıniya

Xal durumu: Monteneqro – 3, Bosniya və Herseqovina – 1, Finlandiya – 1, Rumıniya – 0

C Liqası

1-ci qrup

22:45 Farer adaları – Lüksemburq

22:45 Litva – Türkiyə

Xal durumu: Türkiyə – 3, Lüksemburq – 3, Litva – 0, Farer adaları – 0

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir