İdman

Muzey Mərkəzinin yaxınlığındakı yolda nəqliyyatın hərəkəti bərpa olunub

Sharing is caring!

Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində Muzey Mərkəzi yaxınlığında, Neftçilər prospektində trekin ərazisinə daxil olan hissədə nəqliyyatın hərəkəti bərpa olunub.

Oxu.Az-a “Bakı Şəhər Halqası”ndan verilən məlumata görə, saat 04:00-dan etibarən nəqliyyatın gediş-gəlişində heç bir problem yoxdur.

Qeyd edək ki, həmin yolda aparılan təmir işləri ilə bağlı bu gecə saat 00:00-dan etibarən nəqliyyatın hərəkəti dayandırılıb. Bu səbəbdən sürücülər “Azneft” dairəsindən alternativ yollardan istifadə etməli olublar.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir