İdman

Zəfər Kubokunda ikinci turun təqvimi açıqlandı

Sharing is caring!

İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında keçirilən mini-futbol üzrə Zəfər Kubokunda növbəti görüşlərin proqramı müəyyənləşib.

Oxu.Az xəbər verir ki, mayın 15-də II turun dörd qarşılaşması oynanılacaq.

15 may
II tur
10:00 B qrupu: “Xocalı” – “Şuşa”
11:00 A qrupu: “Xocavənd” – “Cəbrayıl”
12:00 D qrupu: “Xankəndi” – “Ağdam”
13:00 C qrupu: “Qubadlı” – “Kəlbəcər”

Bütün oyunlar Bakı Olimpiya Stadionunun qapalı meydançasında təşkil olunacaq.

Zəfər Kuboku Azərbaycanın ilk onlayn qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu, “Kəhriz su”nun və “Traumotology Orthopedic Center”in (TOC) tərəfdaşlığı, “Report” agentliyinin informasiya dəstəyi ilə gerçəkləşir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir