İdman

“Qarabağ” yubiley heç-heçəsi edib

Sharing is caring!

“Qarabağ” Azərbaycan çempionatında 200-cü dəfə heç-heçə edib.

Oxu.Az xəbər verir ki, bu, Premyer Liqanın XXVI turunda baş verib. Qurban Qurbanovun yetirmələri ev matçında “Zirə” ilə qolsuz heç-heçəyə imza atıblar – 0:0.

200-cü sülh ölkə çempionatındakı 850-ci qarşılaşmaya təsadüf edib. Ağdam klubu evdə 82, səfərdə 113, neytral meydanda beş dəfə heç-heçə ilə kifayətlənib.

Qeyd edək ki, “Qarabağ” daha çox “Neftçi” ilə heç-heçə oynayıb – 30 dəfə. “Şamaxı” (keçmiş “İnter” və “Keşlə”) ilə görüşlərdə 24 bərabərlik gerçəkləşib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir