Siyasət

ASAP gəncləri “Heydər zirvəsi”ndə – FOTO

Sharing is caring!

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) bir qrup əməkdaşı və xaricdə təhsil almış məzunlar birliklərinin nümayəndələri Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi” istiqamətində yürüş təşkil ediblər.

Oxu.Az xəbər verir ki, çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün yürüş iştirakçıları ilk olaraq Xınalıq kəndi ərazisindən Qızıl Qaya massivinin ətəyində yerləşən düşərgə istiqamətində müəyyən olunmuş marşrut üzrə və nəzərdə tutulan vaxtda hərəkət ediblər. Yürüşün bir digər məqsədi məzun birlikləri nümayəndələrini bir araya toplayaraq şəbəkələşmə bacarıqlarını inkişaf etdirməkdir. 

Əlverişsiz hava şəraiti və ekstremal yolların olmasına baxmayaraq, gənclər ümummilli liderin  əziz xatirəsini dərin ehtiramla yad edib və “Heydər zirvəsi” önündə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıblar.

Yürüşdə 30-dan çox gənc iştirak edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir