İdman

Şəhriyar Məmmədyarov ötən il qalibi olduğu turnirdə fransızla görüşəcək

Sharing is caring!

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Grand Chess Tour” seriyasının birinci mərhələsi olan “Superbet Chess Classic” turnirində növbəti görüşünü keçirəcək.

Oxu.Az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın üçüncü turunda qara fiqurlarla Maksim Vaşye-Laqravla (Fransa) üz-üzə gələcək.

Məmmədyarov ilk turda Uesli Soya (ABŞ) uduzub, ikinci qarşılaşmasında Riçard Rapportla (Macarıstan) heç-heçə edib. O, hazırda 0,5 xalla Alireza Firuzca (Fransa) ilə birlikdə 9-10-cu yerləri bölüşdürür.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Qeyd edək ki, ötən il baş tutmuş “Superbet Chess Classic” turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir