İdman

İtaliyalı yarımmüdafiəçi “Yuventus” qarşısında şərt qoydu

Sharing is caring!

“Yuventus” “Çelsi”nin italiyalı yarımmüdafiəçisi Jorjinyonu transfer etməkdə maraqlıdır və artıq onun agenti ilə danışıqlara başlayıb.

Bu barədə italiyalı jurnalist Fabrisio Romano öz “Twitter” səhifəsində paylaşım edib.

Lakin futbolçu Turin klubunun qarşısına şərt qoyub. Jorjinyo yalnız üç illik müqaviləyə imza atacağını açıqlayıb. 

30 yaşlı futbolçunun transferində xüsusi olaraq “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri maraq göstərir.

Jorjinyo bu mövsüm “Çelsi”nin heyətində 44 oyunda doqquz qol vurub və dörd məhsuldar ötürmə ilə yadda qalıb.

Yarımmüdafiəçinin “Çelsi” ilə hazırkı müqaviləsi 2023-cü ildə başa çatır.  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir