İdman

Tokio-2020: Azərbaycan komandasının bayraqdarı açıqlandı

Sharing is caring!

Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarında bayraqdarı müəyyənləşib.

XəbərAl.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verib. Hüseynzadə bildirib ki, iyulun 23-də keçiriləcək açılış mərasimində bu funksiyanı cüdoçu Rüstəm Orucov yerinə yetirəcək.

O, əvvəlki Oyunlarda bayraqdarın son olimpiadanın qızıl mükafatçısının olduğunu xatırladıb: “Təəssüf ki, Ro-2016-nın qalibi, taekvondoçu Radik İsayev Tokio olimpiadasına lisenziya əldə edə bilmədi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir