İdman

“Neftçi“ yaponiyalı ulduzu heyətinə qatdı

Sharing is caring!

“Neftçi” dünyaca məşhur futbolçu, Yaponiya millisinin sabiq üzvü Keisuke Honda ilə razılığa gəlib.

XəbərAl.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ilə yaxın vaxtlarda müqavilə imzalanacaq. Sözləşmənin müddəti isə cari mövsümün sonunadək olacaq. Futbolçu yaxın vaxtlarda Bakıya gələcək.

Həmçinin bildirilir ki, oyunçunun gələcək taleyi onun klubdakı çıxışından asılı olacaq.

Qeyd edək ki, Hondanın son klubu “Botafoqo” (Braziliya) idi. O, komandadan ötən ilin sonunda ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir