İdman

Almeyda “Qarabağ”dan ayrılacaq: Yeni ünvanı bəllidir

Sharing is caring!




“Qarabağ”ın futbolçusu Riçard Almeyda mövsümün sonunda klubu tərk edəcək.

“FutbolPress”in əldə etdiyi məlumata görə, 35 yaşlı yarımmüdafiəçi “atlılar”la müddəti yayda bitəcək sözləşməsini uzatmayacaq. Almeyda azad agent kimi klubu tərk edəcək. O, vətəni Braziliyaya qayıtmaq qərarı verib.

“Sambaçı” 2012-ci ildə ölkəsinin “Santo Andre” klubundan “Qarabağ”a keçib. Altı il Azərbaycanda top qovan yarımmüdafiəçi 2018-ci ildə “Astana”ya (Qazaxıstan), 2020-ci ildə “Baniyas”a (Birləşmiş Ərəb Əmirlikləri) keçib. Həmin ilin yayında yenidən Azərbaycana gələn Almeyda bir mövsüm “Zirə”də oynadıqdan sonra “Qarabağ”a qayıdıb. O, bu mövsüm 22 oyunda iki qol, üç məhsuldar ötürmə ilə yadda qalıb.

Braziliyalı futbolçu 2017-ci ildə debüt etdiyi Azərbaycan millisindəki karyerasını da ötən yay sonlandırıb. O, yığmada 31 oyunda üç qolla yadda qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir