İdman

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Sharing is caring!




Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci “Kelechek” beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar.

Bu barədə Oxu.Az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Bildirilib ki, Zəhra böyüklər, Şəms isə gənclər arasında bu nailiyyətə imza atıb.

Şəms Müvəffəgi çoxnövçülük, halqa, top, gürzlər və lentlə hərəkətlərdə, Zəhra Cəfərova isə çoxnövçülük və topla hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir